Dəhşətli yol qəzası baş verib.
“DenMedia.az” xəbər verir ki, hadisə Qazaxıstanın Manqistau vilayətində baş verib.
Bu barədə vilayət polis idarəsi məlumat yayıb.
“İlkin məlumatlara görə, “Toyota Hiace”nin sürücüsü idarəetməni itirib, nəticədə avtomobil yol kənarına aşıb”, - məlumatda deyilir.
Qəza nəticəsində on nəfər ölüb, sürücü və iki sərnişin xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi açılıb.

