Özbəkistanda qeyri-adi hadisə baş verib. Nəvai vilayətində Məcburi İcra Bürosunun əməkdaşları bir neçə il aliment ödəməkdən yayınan və hüquq-mühafizə orqanlarından gizlənməyə çalışan kişini təndirin içində tapıblar.
Bu barədə Liter.kz məlumat yayıb.
Məlumata görə, Karmana rayonunun sakini 2 il ərzində aliment ödəməyib. Bu müddətdə onun borcu 71 milyon suma çatıb.
“Axtarış tədbirləri zamanı Məcburi İcra Bürosunun əməkdaşları kişini yerli yeməkxanalardan birində aşkarlayıblar. Məlum olub ki, o, icraçılarla görüşdən yayınmaq üçün təndirin içində gizlənib. Lakin bu gizlənmə üsulu ona kömək etməyib. Borclu tapılaraq sonrakı araşdırma üçün aparılıb”, deyə yerli nəşr bildirib.
İşə baxıldıqdan sonra məhkəmə kişiyə 15 sutka inzibati həbs cəzası verib.

