The Brussels Times yazır ki, Fransaya məxsus Korsika adasında istirahətdə olan 45 yaşlı alman turist fırtına zamanı boğularaq ölüb.
Məlumata görə, kişi həyat yoldaşı və 9 və 13 yaşlı iki övladı ilə birlikdə dənizə girmiş zaman qəfil güclü axın başlayıb. Suyun səviyyəsinin qalxması nəticəsində onu axın ailəsinin gözü önündə aparıb.
Hadisə 23 oktyabr, cümə axşamı günü baş verib. Xilasedicilər kişini bir müddət sonra sahildə cansız vəziyyətdə tapıblar. Onun həyat yoldaşı və uşaqları xilas edilib, – bu barədə fövqəladə xidmətlər məlumat yayıb.

