Çinin şimalında yerləşən Daxili Monqolustan Muxtar Bölgəsinin Tongliao şəhəri ərazisində sürü otaran 2 çoban sel sularına düşərək həyatını itirib.
Bu barədə Çin mətbuatı məlumat yayıb.
Məlumata görə, hadisə Tongliaonun çöl ərazilərində baş verib.
Bundan başqa, Liaonin əyalətinin Fuşun şəhərində də leysan yağışlar nəticəsində yaranan seldə 3 nəfər ölüb.
Rəsmilər Fuşunda daşqından zərər çəkən bölgələrdə yaşayan 3596 nəfərin təxliyə edildiyini açıqlayıblar.

