Ucarda bədbəxt hadisənin bəzi təfərrüatları məlum olub.
Denmedia.az xəbər verir ki, hadisə rayonun Rəstəcə kəndi ərazisində qeydə alınıb.
Belə ki, rayon sakini, 2010-cu il təvəllüdlü Elsafa Hacıyev dostları ilə birlikdə su kanalına çimməyə gedib.İlkin məlumata görə, yeniyetmə çimərkən suda boğulub.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, kənd sakinləri cəlb olunub.Hazırda yeniyetmənin axtarışları davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Aqil Əsədov

