Çexiyanın Brno şəhərində keçirilən Alpe Adria International Motorcycle Championship (AAIMC) seriyasının mərhələsində baş verən qəza nəticəsində iki motosikletçi həlak olub.
FIM Europe-un məlumatına görə, hadisə zamanı 32 yaşlı avstriyalı Filip Ştaynmayr və 43 yaşlı rumıniyalı Adrian Rus ağır xəsarət alıblar.
Ştaynmayr hadisə yerində həyatını itirib. Rus isə kritik vəziyyətdə xəstəxanaya çatdırılsa da, daha sonra aldığı xəsarətlərdən vəfat edib.
Faciədən sonra təşkilatçılar həftəsonuna planlaşdırılan bütün yarışları ləğv ediblər.

