“Nürburqrinq” trasında keçirilən NLS4 seriyası çərçivəsində dörd saatlıq yarış zamanı kütləvi qəza baş verib.
Hadisə nəticəsində finlandiyalı pilot Yuha Miettinen həyatını itirib. Bu barədə “Çempionat” nəşri məlumat yayıb.
Qəza sonrası trasda qırmızı bayraq qaldırılıb və yarış bərpa olunmayıb. Digər bir sürücü isə bel və boyun nahiyəsindən xəsarətlərlə helikopterlə xəstəxanaya çatdırılıb.
Yarışda dördqat Formula 1 çempionu Maks Ferstappen də iştirak edib, lakin hadisə zamanı o, sükan arxasında olmayıb.

