“Kortizol qarnı” adlandırılan qarın piylənməsi əksər hallarda stresslə əlaqəli deyil.
Bu barədə endokrinoloq və dietoloq Yelizaveta Zolotova “Gazeta.Ru”ya açıqlamasında bildirib.
Həkimin sözlərinə görə, kortizol orqanizm üçün vacib hormondur. O, bədənin stressə, fiziki yüklənməyə və yuxusuzluğa uyğunlaşmasına kömək edir. Lakin kortizolun həddindən artıq ifraz olunması qarın, sinə və boyun nahiyələrində piy toplanmasına səbəb ola bilər.
Bu vəziyyət endogen hiperkortizolizm adlanır. Nadir rast gəlinən xəstəlik çox vaxt şişlərlə əlaqəli olur.
“Əksər hallarda ‘kortizol qarnı’ insanları cəlb etmək və onlara lazımsız müayinələr təyin etmək üçün istifadə olunan marketinq üsulundan başqa bir şey deyil”, – deyə həkim vurğulayıb.

Zolotovanın sözlərinə görə, qarın nahiyəsində piylənmənin əsas səbəbi çox vaxt qəbul edilən və sərf olunan enerji arasındakı uyğunsuzluqdur.
Bununla belə, qarının böyüməsi həmişə piylənmə ilə bağlı olmur. Həzm sistemi pozğunluqları və ginekoloji problemlər də buna səbəb ola bilər.
Mütəxəssis sağlamlıq risklərini qiymətləndirmək üçün bədən kütlə indeksinin və bel çevrəsinin nəzərə alınmasını tövsiyə edib.

