26 
okt
2023
10:49
132

Bakıda "KaMAZ" motosikletlə toqquşdu, ölən var

26 okt, 2023
10:49
132

Bakıda "KaMAZ" motosikletlə toqquşdu, ölən var

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

Den.az xəbər verir ki, hadisə Xəzər rayonu Zirə-Türkan yoluna baş verib. 31 yaşlı Vəliyev Ülvi Baba oğlunun idarə etdiyi "KaMAZ" markalı avtomobil 17 yaşlı Cəbrayılov Elnur Rasim oğlunun idarə etdiyi "İJ" markalı motosikletlə toqquşub. Nəticədə motosikletin sərnişini 14 yaşlı Əliyev Kənan Ramil oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib, E. Cəbrayılov isə aldığı xəsarətlərdən Sabunçu Tibb Mərkəzində ölüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar