ABŞ hərbçiləri İranın cənubundakı obyektlərə bir sıra zərbələr endirib. Bu barədə Fox News məlumat yayıb.
Qeyd olunur ki, zərbələr Amerika hərbçilərini İran təhdidlərindən qorumaq məqsədilə, özünümüdafiə çərçivəsində həyata keçirilib.
Komandanlığın məlumatına görə, hücum edilən obyektlər arasında raket buraxılış meydançaları və İrana məxsus katerlər olub.
ABŞ hərbi qurumları həmçinin iddia edirlər ki, zərbə endirilən gəmilər mina yerləşdirməyə cəhd göstərib.

