ABŞ-ın döyüş helikopterləri Hörmüz boğazı yaxınlığında iki İran hərbi katerini məhv edib. Bu barədə Yaxın Şərqdə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı — CENTCOM məlumat yayıb.
Bildirilib ki, “Azadlıq” əməliyyatı çərçivəsində Fars körfəzindən ticarət gəmilərinin çıxarılması zamanı İranın kiçikölçülü hərbi qayıqları zərərsizləşdirilib. Bu məqsədlə ABŞ ordusunun Sea Hawk və AH-64 Apache helikopterlərindən istifadə olunub.
Məlumatda vurğulanır ki, ABŞ-ın döyüş helikopterləri təkcə gəmilərə qarşı deyil, həm də birbaşa Hörmüz boğazı və onun ətrafında aktiv şəkildə tətbiq olunur.

