Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) İsrail ordusunun Qəzza zolağında saxladığı 17 fələstinlinin azad edildikdən sonra Qəzzaya qaytarıldığını açıqlayıb.
Bu barədə qurumun yazılı məlumatında bildirilib.
Məlumata görə, azad edilən fələstinlilər BQXK və Fələstin Qızıl Aypara Cəmiyyətinin koordinasiyası ilə Kerem Əbu Salim sərhəd-keçid məntəqəsindən keçirilərək Xan Yunis şəhərindəki Nasir xəstəxanasına çatdırılıblar.
BQXK indiyədək eyni mexanizm və prosedur çərçivəsində azad edilən 2500-dən çox fələstinlinin Qəzza zolağına çatdırılmasına yardım etdiyini bildirib.
Fələstinli və beynəlxalq insan haqları təşkilatlarının məlumatına görə, İsrail həbsxanalarında 350-si uşaq, 84-ü qadın olmaqla 9600-dən çox fələstinli məhbus saxlanılır.

