İsrail, ABŞ-ın vasitəçiliyi ilə imzalanmış atəşkəs planı çərçivəsində daha 30 fələstinlinin cəsədini Qəzzaya qaytarıb. DenMedia.az xəbər verir ki,  AFP-ə Xan Yunisdəki “Ən-Nasər” Tibb Kompleksindən verilən məlumata görə, “İsrail tərəfindən 30 fələstinli məhbusun cəsədi mübadilə çərçivəsində təhvil alınıb.” Atəşkəs razılaşmasına əsasən, İsrail HƏMAS tərəfindən qaytarılan hər bir həlak olmuş israilli girov üçün 15 fələstinlinin cəsədini təhvil verməlidir. Xəstəxananın məlumatına görə, cəsədlər İsrail tərəfindən təhvil verildikdən sonra Qırmızı Xaç vasitəsilə “Ən-Nasər” tibb mərkəzinə çatdırılıb, bu da əvvəlki mübadilələrdə olduğu kimi həyata keçirilib.
Cümə günü keçirilən bu son mübadilə ilə Qəzzaya qaytarılan cəsədlərin ümumi sayı 225-ə çatıb.
Qəzzaya daha 30 cəsəd qaytarıldı — atəşkəs planı hansı həqiqətləri gizlədir?
 
        
        Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

 
                     
                     
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                