ABŞ Müdafiə Nazirliyi (Pentaqon) qarşıdakı beş il ərzində AIM-260 raketlərinin hazırlanması və satın alınmasına 15,02 milyard dollar xərcləməyi planlaşdırır.
Bu barədə ABŞ hərbi qurumunun büdcə sənədlərində məlumat verilib.
Sənədlərə əsasən, vəsaitin böyük hissəsi – 13,55 milyard dollardan çoxu raketlərin satın alınmasına yönəldiləcək. Bunun 7,92 milyard dolları ABŞ Hərbi Hava Qüvvələri, 5,63 milyard dolları isə Hərbi Dəniz Qüvvələri üçün nəzərdə tutulub.
Bundan əlavə, təxminən 1,47 milyard dollar Hərbi Hava Qüvvələrinin ehtiyacları üçün tədqiqat və inkişaf işlərinə ayrılacaq.
Raketlərin dəqiq sayı, bir ədədinin qiyməti və hazırlanma mərhələləri barədə məlumatlar məxfi saxlanılır.
Bildirilib ki, proqramın gedişatı ilə bağlı ətraflı məlumatlar hər il ABŞ Konqresinə qapalı qaydada təqdim olunur.

