ABŞ Müdafiə Nazirliyi ölkənin ən böyük sursat anbarı hesab olunan Hotorn ordu anbarının fəaliyyətinin dəstəklənməsi və modernləşdirilməsi üçün təxminən 2,3 milyard dollar ayırıb. Bu barədə ABŞ hərbi nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Müqavilə Filadelfiyadan olan Day & Zimmermann Hawthorne şirkətinə verilib. Saziş obyektin istismarını, texniki xidmətini və modernləşdirmə işlərinin aparılmasını nəzərdə tutur.
Bundan başqa, podratçı bəzi sursat növlərinin utilizasiyası və təchizat anbarının fəaliyyətinin təmin edilməsi ilə də məşğul olacaq. İşlər siyahısına təhlükəsizlik tədbirləri, yanğından mühafizə, ekoloji müşayiət, İT dəstəyi və əməyin mühafizəsi də daxildir.
Müqavilənin icrasının 2046-cı ilin sonuna qədər başa çatdırılması planlaşdırılır.

