İranın xarici işlər naziri Abbas Araqçi bildirib ki, ABŞ-ın İrana qarşı hərbi kampaniyasının dəyəri 100 milyard dollar təşkil edib və bu rəqəm Pentaqonun açıqladığından dörd dəfə çoxdur.
“Pentaqon yalan danışır. İsrailin baş naziri Benyamin Netanyahunun avantürası Amerikaya indiyədək 100 milyard dollara başa gəlib”, — deyə Araqçi X sosial şəbəkəsində yazıb.
Nazir əlavə edib ki, dolayı xərclər daha yüksəkdir və bu yük birbaşa ABŞ vergiödəyicilərinə təsir edir.
“Hər bir Amerika ailəsi üçün aylıq xərc 500 dollar civarındadır və sürətlə artır.”
Digər tərəfdən, ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələrdə Pentaqon rəsmiləri “Epik qəzəb” əməliyyatının dəyərini təxminən 25 milyard dollar olaraq qiymətləndiriblər.
Lakin CBS News mənbələrinin bildirdiyinə görə, bu rəqəmə yalnız surSat və döyüş sursatlarının xərcləri daxildir.
CNN və CBS News-un məlumatına görə, əməliyyatın ümumi dəyəri hazırda 50 milyard dollara yaxınlaşır.
Bu məbləğə isə təkcə sursat deyil, həm də zədələnmiş və ya məhv edilmiş hərbi texnika və infrastruktur itkiləri daxil edilir.

