ABŞ-ın İrana qarşı keçirdiyi hərbi əməliyyatlara xərcləri 113,3 milyard dollar təşkil edib.
Bu barədə Iran War Cost Tracker portalı məlumat yayıb.
Resurs Yaxın Şərqə göndərilən hərbçilərin, hərbi gəmilərin saxlanılması, eləcə də əməliyyatla bağlı digər xərclərin hesablanmasını aparıb.
Məlumata görə, hesablamalar ABŞ Müdafiə Nazirliyinin Konqresə təqdim etdiyi məruzə əsasında aparılıb. Həmin sənəddə əməliyyatın ilk 6 gününün 11,3 milyard dollara başa gəldiyi, sonrakı dövrdə isə xərclərin gündəlik təxminən 1 milyard dollar təşkil edəcəyi bildirilirdi.
Iran War Cost Tracker-in yekun hesablamasına əsasən, Yaxın Şərqdə 108 gün davam edən münaqişə amerikalılara təxminən 113,3 milyard dollara başa gəlib.
Portalın məlumatına görə, əməliyyatla bağlı xərclər artıq artmır.

