ABŞ Prezidenti Donald Tramp 2027 maliyyə ili üçün büdcə sorğusunda NASAya ayrılan xərclərin 6 milyard dollar azaldılmasını təklif edib.
Bu barədə ABŞ KİV-ləri Ağ Ev sənədinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, bu məbləğə NASAnın elmi bölməsinin maliyyələşdirilməsinin 3,4 milyard dollar azaldılması da daxildir. Bu isə təxminən 40 müxtəlif missiyanın dayandırılmasına səbəb ola bilər.
Ümumilikdə, Donald Tramp NASA üçün təxminən 19 milyard dollar büdcə istəyib ki, bu da əvvəlki illə müqayisədə 23% azdır.

