Avropa çempionatının B qrupunda Xorvatiya ilə 1-1 hesablı bərabərlikdən sonra İtaliya yığması 4 xalla növbəti tura vəsiqə qazanıb. Eyni zamanda, bu oyunun nəticəsinə əsasən Türkiyə millisinin növbəti turdakı rəqibləri müəyyənləşib.
Den.az Yenisabah.az-a istinadən xəbər verir ki, türklər qrupdan 2-ci çıxacaqları təqdirdə Fransa millisinə rəqib olacaq. Türkiyə “ən yaxşı üçüncülər”dən biri kimi növbəti mərhələdə turnirin əsas favoritlərindən biri olan İngiltərə ilə qarşılaşacaq.
Çox az ehtimal olunsa da, qardaş ölkənin öz qrupunda lider olmaq şansı hələ qalır. Bunun üçün Gürcüstan millisi Portuqaliyanı böyük hesabla məğlub etməlidir. Belə bir ssenaridə Türkiyə millisi növbəti turda Danimarka və Sloveniya millilərinin biri ilə qarşılaşacaq.
Türklərin bəxti gətirmədi - Qrupdan çıxsalar, bu rəqiblər gələcək

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.