sen
2023
17:15
262

Konfrans Liqası: “Fənərbağça” və “Beşiktaş”ın rəqibləri məlum oldu - YENİLƏNİB

1 sen, 2023
17:15
262

Konfrans Liqası: “Fənərbağça” və “Beşiktaş”ın rəqibləri məlum oldu - YENİLƏNİB

UEFA Avropa Konfrans Liqasında 2023/24 mövsümünün qrup mərhələsinin püşkü atılıb.

Den.az xəbər verir ki, Monakoda baş tutan tədbirdə 32 komanda səkkiz qrupa bölünüb.

Türkiyənin turnirdəki təmsilçilərinin də rəqibləri müəyyənləşib. “Fənərbağça” H qrupunda “Ludoqorets”, “Spartak” və  “Norşelland”la qarşılaşacaq. “Beşiktaş” isə D qrupunda “Brügge”, “Budyo Qlimt”  və “Luqano” ilə mübarizə aparacaq.

Konfrans Liqası

Qrup mərhələsi

A qrupu: “Lill” (Fransa), “Slovan” (Bratislava, Slovakiya), “Olimpiya” (Lyublyana, Sloveniya), “Klaksvik” (Farer adaları)

B qrupu: “Gent” (Belçika), “Makkabi” (Təl-Əviv, İsrail), “Zorya” (Ukrakna), “Breydablik” (İslandiya)

C qrupu: “Dinamo” (Zaqreb, Xorvatiya), “Viktoriya” (Plzen, Çexiya), “Astana” (Qazaxıstan), “Balkani” (Kosovo)

D qrupu: “Brügge” (Belçika), “Budyo Qlimt” (Norveç), “Beşiktaş” (Türkiyə), “Luqano” (İsveçrə)

E qrupu: “AZ Alkmaar” (Niderland), “Aston Villa” (İngiltərə), “Legiya” (Polşa), “Jrinski” (Bosniya və Herseqovina)

F qrupu: “Ferentsvaroş” (Macarıstan), “Fiorentina” (İtaliya), “Genk” (Belçika), “Çukariçki” (Serbiya)

G qrupu: “Ayntraxt” (Frankfurt, Almaniya), PAOK (Yunanıstan), HIK (Finlandiya), “Aberdin” (Şotlandiya)

H qrupu: “Fənərbağça” (Türkiyə), “Ludoqorets” (Bolqarıstan), “Spartak” (Trnava, Slovakiya), “Norşelland” (Danimarka)

10:36

Bu gün UEFA Konfrans Liqasında 2023/24 mövsümünün qrup mərhələsinin püşkü atılacaq.

Den.az xəbər verir ki, Monakoda baş tutacaq tədbir Bakı vaxtı ilə saat 16:30-da start götürəcək.

İştirakçılar dörd səbətə bölünüblər.

I səbət: “Ayntraxt” (Almaniya), “Dinamo” (Zaqreb, Xorvatiya), “Brügge” (Belçika), “AZ Alkmaar” (Niderland), “Gent” (Belçika), “Fənərbağça” (Türkiyə), “Lill” (Fransa), “Ferentsvaroş” (Macarıstan)

II səbət: PAOK (Yunanıstan), “Slovan” (Bratislava, Slovakiya), “Makkabi” (Təl-Əviv, İsrail), “Viktoriya” (Plzen, Çexiya), “Aston Villa” (İngiltərə), “Ludoqorets” (Bolqarıstan), “Fiorentina” (İtaliya), “Budo Qlimt” (Norveç)

III səbət: “Genk” (Belçika), “Zorya” (Luqansk, Ukrayna), “Astana” (Qazaxıstan), “Beşiktaş” (Türkiyə), HIK (Finlandiya), “Legiya” (Polşa), “Spartak” (Trnava, Slovakiya), “Olimpiya” (Sloveniya)

IV səbət: “Jrinski” (Bosniya və Herseqovina), “Klaksvik” (Farer adaları), “Aberdin” (Şotlandiya), “Çukariçki” (Serbiya), “Luqano” (İsveçrə), “Breydablik” (İslandiya), “Norşelland” (Danimarka), “Balkani” (Kosovo).

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar