“Barselona”nın yarımmüdafiəçisi Frank Kesye Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubu ilə müqavilə imzalayıb. Transferin məbləği 12,5 milyon avro təşkil edib.
Səudiyyə klubu 26 yaşlı fil dişilinin transferini sosial şəbəkə hesablarında açıqlayıb.
Qeyd edək ki, Kesye ötən yaydan etibarən “Barselona”da çıxış edib.
O, kataloniyalıların heyətində 43 oyun keçirib, üç qol vurub və üç məhsuldar ötürmə edib. Yarımmüdafiəçi buna qədər “Milan”, “Atalanta”, “Çezena” kimi klublarda forma geyib.
Xatırladaq ki, “Əl-Əhli” daha əvvəl yay transfer pəncərəsində Roberto Firmino, Riyad Mahrez, Allan Sen-Maksimin və Eduard Mendi ilə müqavilə imzalayıb.
Mənbə: sport-express.ru
“Barselona”nın yarımmüdafiəçisi Mahrez və Firminonun komanda yoldaşı oldu - FOTO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.