Dünyanın ən yaxşı futbolçusu adına əsas namizəd məlum olub. Bu barədə Goal portalı məlumat yayıb.
Nəşrin fikrincə, “Qızıl top” mükafatını “Bavariya”nın hücumçusu Harri Keyn qazanacaq. Siyahıda ön sıralarda həmçinin “Real”ın forvardı Kilian Mbappe və Keynin komanda yoldaşı Maykl Olise yer alıb.
Eyni zamanda, ilk iyirmilikdə “İnter Mayami”nin futbolçusu Lionel Messi və “Əl-Nəsr”in ulduzu Kriştianu Ronaldo da var. Onlar müvafiq olaraq 14-cü və 18-ci pillələrdə qərarlaşıb.

