Belçikanın 2026-cı il futbol üzrə dünya çempionatının 1/16 finalında Seneqalı məğlub etməsi daha çox inanılmaz bəxt amili ilə bağlı olub.
Bu fikri NEWS.ru-ya açıqlamasında “Krasnodar”ın sabiq futbolçusu Maksim Demenko deyib.
Onun sözlərinə görə, Belçika yığması növbəti mərhələyə yüksəlməyə layiq oyun göstərməyib.
“Belçikaya sanki Tanrı kömək etdi, inanılmaz bəxt gətirdi. Onlar növbəti mərhələyə keçməyə layiq deyildilər. Seneqal rahat şəkildə 2:0 öndə idi, amma sonda Belçika oyunun gedişini dəyişə bildi. İki qolu da daha çox bəxt hesabına vurdular. Hətta işi penaltilər seriyasına qədər də aparmadılar. Over-taymın sonunda verilən penalti isə çox mübahisəli idi. Bu epizodu müxtəlif cür şərh etmək olar”, — deyə Demenko bildirib.

