Futbol üzrə 2026-cı il dünya çempionatı ABŞ iqtisadiyyatına 18 milyard dollardan çox gəlir gətirib.
Bu barədə ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında bildirib.
Onun sözlərinə görə, turnirin keçirilməsi nəticəsində 160 mindən çox insan üçün məşğulluq imkanı yaradılıb.
Tramp qeyd edib ki, təkcə FIFA dünya çempionatı ölkə iqtisadiyyatına 18 milyard dollardan artıq töhfə verib.
Futbol üzrə dünya çempionatı 11 iyun–19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçirilib.
Turnirin tarixində ilk dəfə 48 milli komanda iştirak edib. Yığmalar 12 qrupa bölünüb və hər qrupda 4 komanda mübarizə aparıb.
Denmedia.az

