FİFA Meksika hakimiyyətindən Qvadalaxara (Xalisko ştatı) və Monterrey (Nuevo-Leon ştatı) şəhərlərində təhlükəsizlik tədbirləri ilə bağlı daha ətraflı məlumat tələb edib.
EFE agentliyi yazır ki, iyun ayında bu şəhərlərdə futbol üzrə dünya çempionatı çərçivəsində oyunlar keçiriləcək. Bundan əlavə, 26–31 mart tarixlərində pley-off qarşılaşmaları da baş tutacaq.
FIFAın bu addımı bölgədə zorakılıq hallarının artması fonunda atılıb. Xüsusilə Qvadalaxarada “Xalisko Yeni Nəsil Karteli”nin lideri Nemesio Osegere Servantesin öldürülməsindən sonra vəziyyətin gərginləşməsi narahatlıq doğurur.

