UEFA Dünya çempionatı və digər turnirlərin hüquqlarının özəl investorlara satılması ilə bağlı iddialara görə FİFA-nın təşəbbüsünə qarşı çıxdığını bəyan edib.
Qurumun açıqlamasında bildirilib ki, UEFA-ya üzv olan 55 milli assosiasiyanın hamısı bu mövqeyi yekdilliklə dəstəkləyib.
UEFA hesab edir ki, Dünya çempionatı və digər beynəlxalq turnirlər investisiya məhsulu deyil və onların mülkiyyət hüquqları özəl investorlara verilə bilməz.
Bəyanatda vurğulanıb ki, Dünya çempionatı illərlə futbolçuların, məşqçilərin və azarkeşlərin zəhməti ilə formalaşıb və satış obyekti ola bilməz.

