Futbol üzrə dünya çempionatının açılış mərasimi Meksikanın paytaxtı Mexiko şəhərində, məşhur “Asteka” stadionunda başlayıb.
Açılış mərasiminin bədii hissəsində dünyaca məşhur müğənni Şakira, həmçinin Devid Getta, EJAE, Meqan Covon Rut Pit və Andrea Boçelli iştirak edəcəklər.
Dünya çempionatına ABŞ, Kanada və Meksika birgə ev sahibliyi etdiyi üçün FIFA digər iki ölkədə keçiriləcək ilk oyunlardan əvvəl də açılış mərasimləri təşkil etməyi planlaşdırır.
Futbol üzrə dünya çempionatı bu gün Meksika — Cənubi Afrika Respublikası oyunu ilə start götürəcək. Qarşılaşmanın Bakı vaxtı ilə 23:00-da başlaması nəzərdə tutulur.
Qeyd edək ki, builki mundialda ilk dəfə 48 milli komanda iştirak edir.

