Dünya bazarlarında neft qiymətlərində dəyişiklik qeydə alınıb.
Reutersin 17 iyun tarixli məlumatına görə, Brent markalı neftin qiyməti 0,6 faiz artaraq 79,43 dollar/barel, ABŞ-ın WTI markalı xam neftinin qiyməti isə 76,53 dollar/barel səviyyəsinə yüksəlib.
Məlumata görə, qiymətlər əvvəlki sessiyalardakı kəskin enişdən sonra qismən bərpa olunub. Bazarlarda əsas diqqət İranla bağlı proseslərə, Hörmüz boğazının açılması ətrafındakı qeyri-müəyyənliyə və qlobal enerji tədarükü ilə bağlı gözləntilərə yönəlib.
Reuters yazır ki, neft bazarında qiymətlərə həmçinin Çin tələbatı ilə bağlı zəif göstəricilər və ABŞ-da xam neft ehtiyatlarının azalması barədə məlumatlar təsir göstərir.
Bazar iştirakçıları yaxın günlərdə qiymətlərin dinamikasının geosiyasi vəziyyət, tədarük marşrutları və qlobal tələb-təklif balansından asılı olacağını bildirirlər.

