Trampın sözlərinə görə, dövlət katibi Marko Rubio və Pentaqon rəhbəri Pit Heqset Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriges və özəl sektorla əməkdaşlıq çərçivəsində Venesuelanın 65 milyard bareldən çox təsdiqlənmiş neft ehtiyatı üzərində ABŞ-ın əsas nəzarət payını təmin ediblər. Prezident bunun amerikalı vergiödəyicilərinə əlavə xərc yaratmayacağını bildirib.
Tramp iddia edib ki, razılaşma ABŞ-ın neft ehtiyatlarını iki dəfədən çox artıracaq, ölkəyə neft tədarükünü genişləndirəcək və uzunmüddətli perspektivdə benzin qiymətlərinin aşağı düşməsinə kömək edəcək.
ABŞ prezidenti həmçinin sazişin Venesuelanın iqtisadi inkişafına töhfə verəcəyini və iki ölkə arasındakı münasibətləri gücləndirəcəyini bildirib.
Bununla belə, razılaşmanın necə həyata keçiriləcəyi, hansı özəl şirkətlərin iştirak edəcəyi və nəzarət mexanizminin detalları hələ tam açıqlanmayıb.

