Venesuelanın vitse-prezidenti Delsi Rodrigez ölkənin müvəqqəti dövlət başçısı kimi and içərək səlahiyyətlərinin icrasına başlayıb.
“Denmedia.az” xəbər verir ki, andiçmə mərasimi Venesuela Milli Assambleyasında baş tutub.
Məlumata görə, parlamentin sədri Xorxe Rodriges müvafiq fərmanı oxuyaraq, Delsi Eloina Rodriges Qomezin Venesuela Bolivar Respublikasının müvəqqəti prezidenti təyin edildiyini elan edib. Yeni dövlət başçısı ilk müraciətində ABŞ prezidenti Donald Trampa sülh və dialoq çağırışı edib. O, Venesuela xalqının müharibə deyil, sabitlik və suverenlik istədiyini vurğulayıb.
Qeyd edək ki, Nikolas Maduronun yanvarın 3-də ABŞ xüsusi təyinatlıları tərəfindən saxlanılmasından sonra Ali Məhkəmə konstitusiyaya uyğun olaraq idarəçiliyi vitse-prezidentə tapşırıb.

