ABŞ Prezidenti Donald Tramp ölkənin iri neft şirkətlərinin həddindən artıq gəlir əldə etdiyini bildirib və onları benzin qiymətlərini azaltmağa çağırıb.
Reuters-in məlumatına görə, Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında “Chevron” və “ExxonMobil” şirkətlərinin yüksək neft və yanacaq qiymətlərindən böyük qazanc götürdüyünü deyib.
“İranla məsələni başa çatdırdıqda neft qiymətlərinin necə çökdüyünü görəcəksiniz. Amma onlar həddindən artıq çox pul qazandılar — ‘Chevron’ da, ‘ExxonMobil’ də”, — deyə ABŞ Prezidenti bildirib.
Tramp şirkətlərin əldə etdikləri qazancın bir hissəsini istehlakçılarla bölüşməli və yanacaqdoldurma məntəqələrində qiymətləri aşağı salmalı olduğunu vurğulayıb.
ABŞ-də İranla münaqişə fonunda benzinin orta qiyməti son dövrdə 30 faizdən çox artaraq bir qallon üçün təxminən 4,10 dollara çatıb.

