ABŞ prezidenti Donald Tramp Venesuelanın müvəqqəti rəhbəri vəzifəsini icra edən Delsi Rodrigesin ABŞ-la əməkdaşlıq etdiyini bildirib.
Trampın sözlərinə görə, Rodriges amerikalı rəsmi şəxslərlə işləyir. O, Ağ Evin Venesuela prezidenti Nikolas Maduronun saxlanılmasından əvvəl Rodrigeslə əlaqə saxlaması ilə bağlı iddiaları rədd edib.
Qeyd olunur ki, yanvarın 5-də Delsi Rodriges Venesuelanın müvəqqəti prezidenti kimi and içib.

