Venesuelanın dövlət qızıl hasilatı şirkəti ABŞ-la iri qızıl satışı müqaviləsi bağlayıb.
Bu barədə Axios məlumatlı mənbələrə istinadən xəbər yayıb.
Məlumata görə, Venesuelanın Minerven şirkəti müqavilə çərçivəsində xammal treyderi Trafiguraya 650-1000 kq həcmində Dore qızıl külçələri təqdim etməlidir.
Mənbələrin bildirdiyinə görə, Trafigura ayrıca razılaşma əsasında həmin qızılı ABŞ-dakı emal zavodlarına çatdıracaq.
Nəşrin mənbələri həmçinin qeyd ediblər ki, ABŞ-ın daxili işlər naziri Doug Burgum çərşənbə günü Venesuelaya səfəri zamanı neft və faydalı qazıntıların hasilatı imkanlarını müzakirə edərkən qızıl tədarükü üzrə bu müqavilənin bağlanmasına kömək edib.

