ABŞ Venesuelanın müvəqqəti prezidenti vəzifəsini icra edən Delsi Rodrigesdən narkotik qaçaqmalçılığına qarşı mübarizəni gücləndirməyi tələb edib. Bu barədə mənbələrə istinadən Politico məlumat yayıb.
Bundan əlavə, Vaşinqton Rodrigesdən İran, Kuba və digər “düşmən agentləri”nin ölkədən çıxarılmasını, eləcə də ABŞ-ın rəqiblərinə neft tədarükünün dayandırılmasını istəyir. ABŞ hakimiyyəti həmçinin ondan Venesuelada azad seçkilərin keçirilməsinə yardım göstərməsini gözləyir.
Qeyd olunur ki, yanvarın 5-də Delsi Rodriges Venesuelanın müvəqqəti prezidenti kimi and içib.

