Venesuela prezidentinin vəzifəsini icra edən Delsi Rodriges ölkə siyasətçilərini xarici prinsiplərdən asılılığa son qoymağa çağırıb. Ultimas Noticias nəşrinin məlumatına görə, o, Puerto-la-Krus şəhərindəki neft emalı zavodunda neftçilər qarşısında çıxışı zamanı böhranın aradan qaldırılması üçün daxili dialoqa üstünlük verilməsinin vacibliyini vurğulayıb.
“Venesuelanın siyasəti ilə bağlı Vaşinqtondan verilən göstərişlərə son qoyulmalıdır. Bizim fikir ayrılıqlarımızı və daxili münaqişələrimizi yalnız venesuelalıların öz siyasəti həll edə bilər”, — deyə Delsi Rodriges bildirib.
O, həmçinin ABŞ ilə mövcud fikir ayrılıqlarının bolivarian diplomatiya vasitəsilə həll ediləcəyini qeyd edib. Delsi Rodrigesin sözlərinə görə, ölkədə sülh və sabitliyin təmin olunmasına yönəlmiş real iradə Venesuela xalqını birləşdirməyə qadirdir.

