“Miss Venezuela” titulu ilə tanınan Andrea del Val Kann Film Festivalı zamanı qaldığı otel otağında hücuma məruz qaldığını açıqlayıb.
Model sosial şəbəkədə paylaşdığı görüntülərdə məşhur stilist Giovanni Lagunanın ona hücum etdiyini və üzündən yaraladığını iddia edib.
Hadisənin festival günlərində Kann şəhərindəki otellərdən birində baş verdiyi bildirilir. Xarici medianın məlumatına görə, oteldə qalan qonaqlar otaqdan gələn səs-küy və mübahisə səslərindən sonra polisə xəbər veriblər.

Məlumata əsasən, hadisədən sonra polis əməkdaşları otelə gəlib və Giovanni Lagunanın saxlanıldığı iddia olunub. Andrea del Val isə tibbi yardım almaq üçün xəstəxanaya aparılıb. Onun vəziyyətinin yaxşı olduğu bildirilir.
Hadisənin dəqiq səbəbi hələlik məlum deyil. Fransa polisi məsələ ilə bağlı araşdırmanı davam etdirir.

