ABŞ-ın Miçiqan ştatında sinaqoqa edilən silahlı hücum zamanı azı 30 polis əməkdaşı xəsarət alıb. Bu barədə Oklend dairəsinin şerifi Maykl Buşar məlumat verib. Məlumatı CNN yayıb.
Bildirilib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları insanların təxliyəsi zamanı tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdiriliblər. Onlara hazırda zəruri tibbi yardım göstərilir.
Şerif qeyd edib ki, hücum edən şəxsin motivi hələlik məlum deyil. Hadisənin araşdırılmasına FBI-nın 100-dən çox agent və analitiki cəlb olunub.
Məlumata görə, atışma yerli vaxtla saat 12:30-da baş verib və nəticədə “Israel” sinaqoqu zərər görüb.

