Bakıda sağlamlıq mərkəzinin rəhbərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
DenMedia.az apa-ya istinadən xəbər verir ki, hadisə iyulun 9-da paytaxtın Nərimanov rayonunda, A.Qaraybəyli küçəsində yerləşən “SUDU” sağlamlıq mərkəzində baş verib.
İlkin məlumata əsasən, mərkəzin əməkdaşı, 1988-ci il təvəllüdlü Natiq Fətəliyevlə müəssisənin rəhbəri, 1985-ci il təvəllüdlü Babək Rəhimli arasında mübahisə yaranıb.
İstintaqın ilkin versiyasına görə, şübhəli şəxs mərkəz rəhbərini döyüb, daha sonra isə onun baş nahiyəsinə küt alətlə ölümcül zərbə endirib.
Bildirildiyinə görə, mərhumun meyiti hadisə yerindən aparılaraq Salyan rayonunun Kürsəngi kəndində göl kənarına atılıb.
Natiq Fətəliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma davam etdirilir.

