Abşeron rayonunda dəhşətli qətl hadisəsi baş verib.
DenMedia.az-ın hadisə yerində olan əməkdaşı xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsində qeydə alınıb.
Məlumata görə, təxminən 60 yaşlı Maşallah Cəfərov tanışı tərəfindən bıçaqlanaraq qətlə yetirilib.
Qanlı hadisə barədə məlumat daxil olan kimi hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunub. İlkin araşdırmalar nəticəsində qətli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Mərhumun meyiti artıq aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı Abşeron rayon Prokururluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
DenMedia.az mərhumun fotosunu təqdim edir.