Şəmkir rayonunda 19 yaşlı Ramal Quliyev bıçaqlanaraq qətlə yetirilib. Hadisə rayon ərazisində baş verib.
DenMedia.az apa-ya istinadən xəbər verir ki, yaralı gənc xəstəxanaya aparılsa da, yolda həyatını itirib.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma başlanılıb.
İlkin məlumata görə, qətl tərəflər arasında baş verən mübahisə zamanı törədilib. Qətli törətməkdə şübhəli bilinən şəxs — 2010-cu il təvəllüdlü F. Paşazadə saxlanılıb.

