Uzunmüddətli şişkinliklər böyrək xəstəlikləri, ürək-damar problemləri və ya hipotireoz kimi ciddi pozuntulardan xəbər verə bilər.
Bu barədə NEWS.ruya açıqlamasında həkim-terapevt, kardioloq Andrey Kondraxin bildirib.
“Ən təhlükəli şişkinliklər artan xarakter daşıyanlardır. Onlar böyrək xəstəliklərindən, eləcə də ürək-damar sistemindəki problemlərdən xəbər verə bilər. Ən xoşagəlməz hallar isə hipotireozla bağlıdır — bu zaman bütün orqanizm şişir. Maddələr mübadiləsi pozulur, bədən çoxlu su toplayır və bu da əvvəlcə ayaqlarda, sonra üzdə özünü göstərir”, — deyə Kondraxin vurğulayıb.
Mütəxəssisin sözlərinə görə, yanlış yuxu rejimi də şişkinliklərin səbəbi ola bilər. Yuxunun müddəti və bədən mövqeyi maddələr mübadiləsinə birbaşa təsir edir.
“Həddindən artıq çox yatmaq da, az yatmaq da şişkinliyə yol aça bilər. Şişkinlik maddələr mübadiləsinin pozulması ilə bağlıdır. Məsələn, narahat və ya düzgün olmayan vəziyyətdə yatmaq buna səbəb ola bilər”, — deyə həkim əlavə edib.

