Kardioloq Eximen Aneni “Huffington Post”a deyib ki, gecə işıqda yatmaq ürəyə birbaşa ziyan vurur və uzun müddət davam edən bu vərdiş infarkt riskini artırır. Həkimin izahına görə, işıq bədənimizin “o ayıqdır!” siqnalı verən simpatik sinir sistemini aktivləşdirir və buna görə də ürək ritmi yüksəlir.
Onun sözlərinə görə, gecə işıqlandırılması həmçinin qlükozanın səviyyəsində kəskin sıçrayışlara səbəb olur, orqanizmdə insulinə həssaslığı azaldır və bu da son nəticədə diabet riskini artırır.
Aneni əlavə edib ki, yatarkən yanıq qalan süni işıq yalnız infarkt deyil, başqa ürək-damar xəstəliklərini də tətikləyə bilər: ürək çatışmazlığı, qulaqcıq fibrilasiyası kimi problemlərin ehtimalı qadınlarda daha yüksək olur, çünki onlar circadian ritm pozuntularına daha həssasdırlar.

