Tromb heç bir aşkar səbəb olmadan qopa bilər. Bu fikri NEWS.ru-ya açıqlamasında kardioloq, tibb elmləri namizədi Andrey Kondrakhin bildirib. Bununla belə, onun sözlərinə görə, trombun formalaşmasının hər zaman ilkin səbəbləri olur.
“Ölümün ən səssiz səbəbi qopmuş tromb ola bilər. Bu, tamamilə istənilən insanda baş verə bilər. Konkret bir səbəb olmur və ölüm ani baş verir. Amma trombun formalaşmasının hər zaman ilkin şərtləri mövcuddur. Məsələn, ateroskleroz, aşağı ətrafların varikozu, ürək ritminin pozulması — o cümlədən qulaqcıqların fibrillyasiyası”, — deyə Kondraxin bildirib.
Kardioloq qeyd edib ki, trombun qopmasına onların yığılması səbəb olur. Kondraxinin sözlərinə görə, halsızlıq və narahatlıq hallarında profilaktika aparmaq fəsadların qarşısını almaq üçün vacibdir.
“Üzən tromblar öz "quyruqlarını" qopara bilir və bu hissələr sonradan yığılaraq tıxanma yarada, faciəyə səbəb ola bilər. Qopmuş trombu tutmaq mümkün deyil, amma profilaktik tədbirlərlə bunun qarşısını almaq olar. Əgər insanda ayaqlar göyərirsə və təngnəfəslik yaranırsa, bu, mütləq həkimə müraciət etmək üçün siqnaldır”, — deyə Kondraxin yekunlaşdırıb.

