Psixoloq-psixoterapevt Alyona Smokotina bildirib ki, emosional vampirlə ünsiyyət çox vaxt güclü yorğunluq hissi yaradır. Bu barədə o, NEWS.ru-ya açıqlamasında danışıb.
Onun sözlərinə görə, belə insanlar öz problemlərini başqalarının üzərinə yükləməyə meyllidir və qarşı tərəfin resursları hesabına rahatlıq tapmağa çalışırlar.
“Bəzən cəmi on dəqiqəlik söhbət belə sizi tükəndirə bilər. Bu, psixikanın dəqiq siqnalıdır ki, qarşınızdakı insan öz boşluğunu sizin hesabınıza doldurur”, — deyə Alyona Smokotina vurğulayıb.
Mütəxəssis qeyd edib ki, emosional vampirlər günahkarlıq hissi ilə manipulyasiya etməyi bacarır və çox vaxt problemlərini birbaşa demək əvəzinə, emosional məsuliyyəti qarşı tərəfin üzərinə ötürürlər. Onlar tez-tez şikayət edir, diqqəti öz üzərlərinə çəkir və hər mövzuda mərkəzdə olmağa çalışırlar.
“Belə insanla ünsiyyətdə siz artıq sadəcə insan olmursunuz — psixoloq, ana, motivator roluna düşürsünüz. Problem ondadır ki, bu proses heç vaxt bitmir”, — deyə ekspert əlavə edib.
Psixoloqun sözlərinə görə, xüsusilə empatik və dinləməyi bacaran insanlar belə şəxslər üçün “əsas xilaskar”a çevrilir.

