Ağciyər və ürək-damar sisteminin kəskin xəstəlikləri olan şəxslərin avi uçuş zamanı halı pisləşə bilər. Bu barədə RT-yə açıqlamasında terapevt Şota Kalandiya xəbərdarlıq edib.
Həkim infarkt keçirmiş şəxslərə dörd həftə, insult keçirmiş şəxslərə isə altı həftə ərzində səyahətdən çəkinməyi tövsiyə edib.
Kalandiya bildirib ki, xüsusilə yaxın vaxtlarda miokard infarktı və insult keçirmiş xəstələr, həmçinin qeyri-sabit stenokardiyası, ağır ürək ritm pozğunluğu və ciddi ürək çatışmazlığı olan insanlar daha diqqətli olmalıdırlar.
“Azalmış oksigen şəraitində ürək-damar sisteminə düşən yük artır. Bu isə vəziyyətin pisləşməsinə səbəb ola bilər”, — deyə həkim qeyd edib.
Terapevt vurğulayıb ki, tromb yaranması riski yüksək olan pasiyentlər də xüsusi diqqət tələb edir. O, bəzi kəskin infeksion xəstəliklər zamanı da uçuşu tövsiyə etmir.
Həkimin sözlərinə görə, bir sıra cərrahi müdaxilələrdən sonra da müvəqqəti olaraq təyyarə səfərindən imtina etmək lazımdır. Bundan başqa, LOR orqanlarının xəstəlikləri zamanı da uçuşda ciddi problemlər yarana bilər.

