Yer üzündə bitki həyatı təxminən 1,87 milyard ildən sonra yox ola bilər. Bu barədə MIR24.TV məlumat yayıb.
Məlumata görə, Günəşin parlaqlığı gələcəkdə 20 faiz artacaq və bu, bitki aləmi üçün ciddi təhlükə yaradacaq.
Alimlər müxtəlif iqlim dəyişiklikləri və karbon qazının səviyyəsi ilə bağlı ssenariləri kompüter modelləşdirməsi vasitəsilə araşdırıblar. Bildirilir ki, bitkilərin təkamülü və ya texnoloji inkişaf bu müddəti uzada bilər. Məsələn, gələcəkdə geo mühəndislik üsulları biosferanın mövcudluğunu daha uzun müddət qorumağa kömək edə bilər.
Araşdırmaya əsasən, əgər planetdə temperatur sabit qalsa, karbon qazının səviyyəsi isə karbonat-silikat dövrü çərçivəsində tədricən azalsa, bitkilər üçün karbon çatışmazlığı yaranacaq. Nəticədə bitki biosferası yox olacaq.
Digər ssenariyə görə, karbon qazının səviyyəsi dəyişməz qalarsa, lakin temperatur artarsa, 1,87 milyard ildən sonra Yer kürəsində orta temperatur 65 dərəcəyə çata bilər.

