Rusiya alimləri çaytikanı yarpaqlarının tərkibində olan təbii kazuariktin birləşməsinin şiş əleyhinə potensialını müəyyən ediblər. Bu barədə RİA Novosti Rusiya Elm və Ali Təhsil Nazirliyinə istinadən məlumat yayıb.
Ümumrusiya Dərman və Ətirli Bitkilər Elmi-Tədqiqat İnstitutunun (VİLAR) alimləri maddənin uşaqlıq boynu xərçənginin standart hüceyrə modeli üzərində təsirini araşdırıblar.

Təcrübələr zamanı xərçəng hüceyrələrinin metabolik aktivliyinin kazuariktinin konsentrasiyasından və təsir müddətindən asılı olaraq azaldığı müşahidə edilib.
VİLAR-ın baş elmi işçisi Yelena Jniçkovanın sözlərinə görə, əldə olunan nəticələr kazuariktini gələcək tədqiqatlar üçün perspektivli birləşmə kimi nəzərdən keçirməyə imkan verir.
Bununla belə, tədqiqat hələ laboratoriya mərhələsindədir. Alimlər birləşmənin gələcək farmasevtik potensialını müəyyən etmək üçün onun sitotoksikliyini, antioksidant xüsusiyyətlərini və biomənimsənilməsini araşdırmalıdırlar.
Denmedia.az

