Qeyd etdiyimiz kimi, Los-Anceles şəhərində ABŞ Kino Akademiyasının 98-ci “Oskar” mükafatlandırma mərasimi keçirilib.
Məlumata görə, rejissor Pol Tomas Andersonun çəkdiyi “Döyüş ardınca döyüş” filmi “Ən yaxşı film” nominasiyasında “Oskar” qazanıb.
Eyni zamanda Pol Tomas Anderson “Ən yaxşı rejissor” nominasiyasının da qalibi olub.
“Oskar”ın versiyasına görə “Ən yaxşı aktyor” mükafatını “Günahkarlar” filmindəki roluna görə Maykl B. Cordan, “Ən yaxşı aktrisa” mükafatını isə “Hamnet” filmindəki roluna görə Cessi Bakli qazanıb.












