16 noyabrda Los-Ancelesdə Governors Awards mükafatlandırma mərasiminin 16-cı təqdimatı keçirilib və aktyor Tom Kruz kino sənətinə verdiyi töhfəyə görə **fəxri “Oskar”**la təltif edilib.
Mükafatı ona hazırda birlikdə yeni film üzərində işlədiyi rejissor Alejandro İnyarritu təqdim edib, Denmedia.az xəbər verir.
Kruz səhnədə çıxışı zamanı kinonun gücündən və öz şəxsi hekayəsindən danışıb. Onun sözləri tədbirdə emosional an yaradıb:
“Kino mənə dünyanın hər yerinə səyahət etmək imkanı verir. Fərqlilikləri anlamağı, hörmət etməyi öyrədir. Amma eyni zamanda bizim ortaq insanlığımızı göstərir. Haralı olmağımızdan asılı olmayaraq, kinoteatrda birlikdə gülürük, birlikdə hiss edirik, birlikdə ümid edirik — bu sənətin əsl gücü budur.”
O, həmçinin uşaqlıq xatirələrini bölüşüb:
“Kino sevgim çox erkən yaşlarda başladı. Qaranlıq kinoteatrda balaca bir uşaq idim. Projektordan gələn işıq sanki gözlərimin önündə dünyanı partlatdı — və həmin an başa düşdüm ki, dünya bildiyimdən qat-qat böyükdür. O an məndə macəra, bilik və insanı anlamaq arzusu oyandı.”
Tom Kruz indiyə qədər dörd dəfə “Oskar” nominasiyası alıb:
-
“Born on the Fourth of July” — ən yaxşı kişi rolu
-
“Jerry Maguire” — ən yaxşı kişi rolu
-
“Magnolia” — ən yaxşı kişi ikinci plan rolu
-
“Top Gun: Maverick” — prodüser kimi

