Küləkli hava şəraiti ilə əlaqədar Bakı şəhərində Zığ dairəsi – hava limanı avtomobil yolunun bəzi zolaqlarında sürət rejimi 20 km/saat azaldılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, məlumat lövhələrində müvafiq dəyişikliklər edilib.
Sürücülərdən hava şəraitini nəzərə almaları və müəyyən edilmiş sürət rejiminə əməl etmələri xahiş olunur.

